Kremldən Roqozinin Donetskdə yaralanmasına REAKSİYA

Dünya

22.12.2022 - 17:10

Həkimlər Klinikalar SEO Xidməti

Peskov: “Təhlükəli iş şəraitinə baxmayaraq, bölgədəki məmurlar öz vəzifələrini yerinə yetirməyə davam edəcəklər”

“Kreml “Roskosmos”un keçmiş rəhbəri Dmitri Roqozinin Donetskdə Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulduqdan sonra yaralanmasından xəbərdardır”. AYNA rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Kreml rəsmisi atışma zamanı həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.

“Təhlükəli iş şəraitinə baxmayaraq, bölgədəki məmurlar öz vəzifələrini yerinə yetirməyə davam edəcəklər. Təəssüf ki, ölən və yaralananlar var. Bu hadisə ilə bağlı biz, ilk növbədə həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq. Hər halda, o ərazilərdə qalmaq, təəssüf ki, hələ də təhlükəlidir və böyük risklər daşıyır. Amma bu o demək deyil ki, bu şərtlər məmurların öz funksiyalarını yerinə yetirməsinə, ürəklərinin çağırışı ilə orada olan insanların isə öz missiyalarını yerinə yetirməsinə mane olmalıdır”, - Peskov vurğulayıb.

Qeyd edək ki, Roqozinin başçılıq etdiyi bir qrup hərbi məsləhətçinin son günlər yaşadığı Donetsk yaxınlığındakı otel dekabrın 22-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulub. “Roskosmos”un keçmiş rəhbəri kürəyindən aldığı yara ilə xəstəxanaya yerləşdirilib. O, onurğa sütununun yaxınlığından təhlükəli şəkildə keçən parçanın ona dəydiyini bildirib. Roqozinin sözlərinə görə, həyatı üçün təhlükə yoxdur: “Həkimlər onurğa sütunumda ilişib qalmış mərmi parçasını çıxarmamaq qərarına gəliblər”.

Hasidə nəticəsində separatçı “Donetsk Xalq Respublikası”nın “hökumət rəhbəri” Vitali Xotsenko da yaralanıb. Atışma nəticəsində iki nəfər həlak olub.

Rusiya Federasiyasının İstintaq Komitəsi otelə hücumun Fransanın 155 mm-lik “Sezar” özüyeriyən artilleriya qurğusundan edildiyini iddia edib. Departament qeyd edib ki, həmin gün Ukrayna Silahlı Qüvvələri Donetskin Leninski rayonunu da atəşə tutub, ölən və yaralananlar olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş