Peskov: Moskva Vaşinqtonun Rusiyaya qarşı yeni sanksiyalar planlarının olduğunu bilir.
“Vaşinqtondakı bir sıra ofislərdə belə planların mövcud olduğu hamıya məlumdur”
“Moskva Vaşinqtonun Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırdığından yaxşı xəbərdardır”. AYNA.AZ “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.
"Vaşinqtondakı bir sıra ofislərdə belə planların mövcud olduğu hamıya məlumdur", - deyə o bildirib.
Onun sözlərinə görə, istənilən sanksiyalar Rusiya-Amerika münasibətlərinin yaxşılaşmasına açıq şəkildə zərər verir.
Daha əvvəl bildirilmişdi ki, ABŞ hakimiyyəti Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır və Ukrayna ilə sülh müqaviləsindən imtina edəcəyi təqdirdə Moskvaya təzyiq göstərməyə ümid edir. Yeni tədbirlərə neft daşımaq üçün istifadə edilən "kölgə" Rusiya tanker donanmasına məxsus gəmilərin təqib edilməsinin də daxil olduğu deyilir.