Kreml Vaşinqtonu hədələdi: “Cavab veriləcək”

Dünya

12.09.2024 - 16:57

Həkimlər Klinikalar SEO Xidməti

Moskva ABŞ-a Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə dərin zərbələr endirməsinə icazə verdiyinə görə cavab verəcək

Moskva Vaşinqtonun Ukrayna Silahlı Qüvvələrinə (AFU) Rusiya ərazisinin dərinliklərinə uzaqmənzilli ATACMS taktiki raketləri atmaq icazəsinə cavab verəcək. AYNA “İzvestiya”ya istinadən xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

“Əlbəttə, bu, Rusiyanın müvafiq reaksiyasına səbəb olacaq”, - deyə Peskov əmin edib və bildirib ki, ABŞ və digər Qərb ölkələri Kiyevə ötürülən silahlardan Rusiya ərazisinə zərbə endirmək üçün artıq icazə verməyə hazırlaşır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş