Kreml Ukrayna ilə bağlı növbəti danışıqların formatını açıqlayıb

Dünya

27.02.2026 - 21:02

Peskov: “Ukrayna ilə bağlı növbəti danışıqlar üçtərəfli formatda keçiriləcək”

Kremlin mətbuat katibi Dmitri Peskov Ukraynadakı münaqişənin həlli üzrə danışıqların növbəti mərhələsinin üçtərəfli formatda keçiriləcəyini bildirib. AYNA.AZ “RİA Novosti”yə istinadən bildirir ki, Kremlin sözçüsü deyib: "Formata gəldikdə, bəli, biz üçtərəfli formatın davam etdirilməsindən danışırıq".

Peskov əlavə edib ki, Kreml danışıqların yeni mərhələsinin tarixləri barədə razılığa gəlinən kimi, ictimaiyyətə məlumat verəcək.

O qeyd edib ki, hazırda tərəflər arasında işgüzar əlaqələr davam edir.

Daha əvvəl Ukrayna ilə bağlı üçtərəfli danışıqların növbəti mərhələsinin martın əvvəlində keçiriləcəyi bildirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş