Peskov: "Türkiyənin mövqeyi Moskva ilə Ankaranın qarşılıqlı fəaliyyətinə mane olmur"
"Türkiyə hakimiyyətinin Krımın statusu ilə bağlı mövqeyi Moskva ilə Ankaranın zəruri məsələlər üzrə qarşılıqlı fəaliyyətinə mane olmur". AYNA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov Türkiyə tərəfinin Krımla bağlı mövqeyini qiymətləndirərkən deyib.
Peskov bildirib ki, Türkiyə əvvəldən Krım məsələsində Moskva ilə razı olmadığını bəyan edib.
"Krım Rusiyanın bir hissəsidir, ona görə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediklərinin reallaşması mümkün deyil", - Kreml rəsmisi vurğulayıb.
Qeyd edək ki, Türkiyə Prezidenti Krım platformasındakı çıxışında Krımın ilhaqına qarşı olduğunu və ərazinin Ukraynaya qaytarılmasının vacibliyini bildirib.