Kreml Trampın fikirləri ilə razıdır: “Bu, həqiqətən də doğrudur”

Dünya

15.01.2026 - 17:55

Dmitri Peskov: “Moskvanın mövqeyi həm Vaşinqton, həm də Kiyev tərəfindən yaxşı bilinir”

Kreml ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenskinin münaqişənin həllini “gecikdirməsi” ilə bağlı iddiaları ilə razıdır. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov deyib.

"Biz bununla razılaşa bilərik. Bu, həqiqətən də doğrudur", - deyə Peskov vurğulayıb.

O Rusiya Prezidenti Vladimir Putinin razılaşmaya açıq olduğunu və “Moskvanın mövqeyinin həm Vaşinqton, həm də Kiyev tərəfindən yaxşı bilindiyini” söyləyib.

Qeyd edək ki, Tramp Moskvanın Ukrayna münaqişəsi ilə bağlı razılığa gəlməyə hazır olduğunu bildirib. O Rusiya liderinin razılığa gəlməyə və münaqişəyə son qoymağa hazır olduğunu, Zelenskinin isə hazır olmadığını iddia edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş