Kreml: Sülh prosesi hazırda dayandırılıb

Dünya

18.05.2026 - 16:12

Dmitri Peskov: “Kreml Ukraynada sülh prosesinin bərpasına ümid edir”

“Moskva hazırda dayandırılan Ukraynada sülh prosesinin bərpasına ümid edir”. AYNA.AZ TASS-a istinadən bildirir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.

Kreml rəsmisi bildirib ki, "Sülh prosesi hazırda dayandırılıb. Ümid edirik ki, sonda yenidən başlayacaq".

Peskov əlavə edib ki, Rusiya tərəfi münaqişənin həlli üçün ABŞ-ın vasitəçilik səylərinin davam etdirilməsinə ümid edir.

Kreml daha əvvəl Ukrayna lideri Volodimir Zelenskinin Rusiyanın Belarusdan hücum planları ilə bağlı açıqlamalarını təxribat adlandırmışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş