“Belə bir sazişin bağlanması regiona gözlənilən sabitlik və sülh gətirəcək mühüm amil olacaq”
“Moskva bu gün Əbu-Dabidə Azərbaycan ilə Ermənistan arasında keçirilən danışıqları alqışlayır”. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu sözləri Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Rusiya müxtəlif səviyyələrdə iki ölkə arasında sülh sazişinin tezliklə imzalanmasını alqışlayacağını dəfələrlə bəyan edib.
“Belə bir sazişin bağlanması regiona gözlənilən sabitlik və sülh gətirəcək mühüm amil olacaq. Biz bu prosesi bütünlüklə dəstəkləyirik”, - Kreml rəsmisi əlavə edib.