Kreml: qismən səfərbərlik başa çatıb

Dünya

01.11.2022 - 15:54

Həkimlər Klinikalar SEO Xidməti

Peskov bildirib ki, qismən səfərbərliyin başa çatdırılması haqqında ayrıca fərmana ehtiyac yoxdur

“Qismən səfərbərliyin başa çatdırılması haqqında fərman lazım deyil. Buna son qoyulub, qismən səfərbərlik başa çatıb”. AYNA TASS-a istinadən bildirir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.

“Bildiririk ki, sərəncama ehtiyac yoxdur, bununla bağlı bizdə Prezident Administrasiyasının dövlət-hüquq şöbəsinin rəyi var. Buna uyğun olaraq son qoyulub, qismən səfərbərlik başa çatıb”, - deyə dövlət başçısının mətbuat katibi bildirib.

O, həmçinin əlavə edib ki, Müdafiə Nazirliyi tərəfindən hərbi komissarlıqlara çağırışın dayandırılması və daha sonra heç bir çağırış vərəqəsinin göndərilməməsi ilə bağlı müvafiq teleqramlar göndərilib.

Qeyd edək ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu oktyabrın 28-də Rusiyada qismən səfərbərliyin başa çatması barədə Prezident Vladimir Putinə hesabat verib. Onun sözlərinə görə, qismən səfərbərlik məqsədinə - 300 min əsgərin cəlb edilməsinə nail olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş