Dmitri Peskov: “Bu mövzuda məlumatlar heç də həmişə həqiqətə uyğun deyil”
“Rusiya və İran ən həssas sahələrdə əməkdaşlığı davam etdirəcək. Eyni zamanda, bu mövzuda məlumatlar heç də həmişə həqiqətə uyğun deyil”. AYNA rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Biz İranın Rusiyaya yaxın mənzilli raketlər göndərməsi barədə məlumatları gördük. Bu cür məlumatlar hər dəfə reallığa uyğun gəlmir”, - Kreml sözçüsü “The Wall Street Journal”ın İranın Rusiyaya yaxın mənzilli raketlər göndərdiyi iddiası ilə bağlı materialına münasibət bildirərkən qeyd edib.
Peskovun sözlərinə görə, İran ikitərəfli ticarət-iqtisadi əlaqələrdə Rusiyanın mühüm tərəfdaşıdır: “Əməkdaşlıq və dialoq bütün mümkün sahələrdə, o cümlədən ən həssas sahələrdə inkişaf edir. Tərəflər bunu iki ölkə xalqlarının maraqları naminə davam etdirəcəklər”.