Kraliça II Elizabetin tabutu olan kortej Edinburq şəhərinə çatıb

Dünya

11.09.2022 - 22:56

Həkimlər Klinikalar SEO Xidməti

Tabut Holirud sarayının taxt zalına yerləşdiriləcək

Kraliça II Elizabetin tabutu olan kortej Şotlandiyanın Edinburq şəhərinə çatıb və Holirud sarayına yönəlib.

AYNA xarici KİV-ə istinadla xəbər verir ki, tabut Holirud sarayının taxt zalına yerləşdiriləcək, sentyabrın 12-də isə Müqəddəs Egidiya kilsəsində Böyük Britaniya Kralı III Karlın və Şotlandiyanın birinci naziri Nikola Stercenin iştirakı ilə ibadət mərasimi keçiriləcək.

Sentyabrın 13-də tabut Edinburqdan təyyarə ilə London ətrafındakı “Northolt” hərbi aviabazasına gətiriləcək.

Daha əvvəl mərasim Aberdin, Dandi və Pertdə olub.

Kraliça II Elizabetin dəfn mərasimi sentyabrın 19-da keçiriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş