Koronaviruslu xəstələrin müalicə xərcləri açıqlandı

Cəmiyyət

06.05.2020 - 18:04

Həkimlər Klinikalar SEO Xidməti

Xəstələrin vəziyyətindən asılı olaraq onların müalicə xərcləri 80-150 manat arasında dəyişir

 

“Bizim xəstələrimiz müxtəlif dərəcəli olur. Bəzi xəstələr asimptomik olmur, yəni virusun hər hansı əlamətini daşımır. Bunlar yüngül xəstələrdir. Bir də orta-ağır, ağır xəstələrimiz var. Onların da müalicə xərclərini dövət ödəyir”.

 

AYNA xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) İdarə Heyətinin sədri Zaur Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib.

 

Onun sözlərinə görə, xəstələrin vəziyyətindən asılı olaraq onların müalicə xərcləri 80-150 manat arasında dəyişir: “Həkimlərin də təhlükəsizliyini təmin etmək üçün istifadə etdikləri vasitələrin (xüsusi geyim, maska) xərci var. Bir həkim üçün təqribən 80 manat və daha artıq pul ayrılıb”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş