İbrahim Məmmədov: “Bu vəsait tam şəffaf şəkildə xərclənəcək”
Koronavirusla Mübarizə Fonduna bu günə qədər 113 milyon manat civarında vəsait köçürülüb. AYNA xəbər verir ki, bu barədə Nazirlər Kabineti (NK) yanında Operativ Qərargahın brifinqində NK-nın mətbuat katibi İbrahim Məmmədov məlumat verib.
Onun sözlərinə görə, Fondun vəsaiti hələlik xərclənməyib: “Çünki dövlətin ayırdığı vəsait hələ ki, kifayət edir. Növbəti həftə Fondun vəsaitlərinin xərclənməsinə nəzarət edən ictimai nəzarət şurasının iclası olacaq”.
“Nazirlər Kabinetinin tərkibində yaranan ictima nəzarət şurası həmin xərclərin hansı istiqamətdə sərf olunmasına nəzarət edir və ictimai nəzarət şurasının iclasından sonra da ictimaiyyətə tam məlumat veriləcək. Bu vəsait tam şəffaf şəkildə xərclənəcək və Koronavirusla Mübarizə Fondunun saytında da vəsaitlərin xərcənməsi bölümündə bütün informasiyalar yerləşdiriləcək”, - deyə NK rəsmisi əlavə edib.