“Hazırda ölkədə cəmi 3 koronavirusa yoluxan şəxs var və onların da vəziyyəti stabildir”
“Hazırda Azərbaycanda 500 nəfərə qədər şəxs karantində saxlanılır. Həmin şəxslərdən lazımi yaxmalar götürülüb. Onların heç birində koronavirus aşkar edilməyib. Karantində olan şəxslərin əksəriyyəti Azərbaycan vətəndaşlarıdır”.
AYNA xəbər verir ki, bu açıqlamanı jurnalistlərə Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev verib.
“Koronavirus xəstəliyini insanlar yüngül keçirirlər. Hətta ev şəraitində müalicəsi də mümkündür. Dünyada bu virusa yoluxanların, təxminən 4-5 faizi ağır şəraitdə olaraq xəstəxana şəraitində keçirib”, - ekspert bildirib.
O, əlavə edib ki, koronavirusla bağlı ölkədə ölüm faktı qeydə alınsa, ictimaiyyət dərhal məlumatlandırılacaq: “Hazırda ölkədə cəmi 3 koronavirusa yoluxan şəxs var və onların da vəziyyəti stabildir. Mən buradan vətəndaşlara müraciət edirəm ki, ancaq rəsmi məlumatlara istinad edilsin”.