Koronavirusa yoluxmuş 3 Azərbaycan vətəndaşı sağalıb

Cəmiyyət

10.03.2020 - 22:41

Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb 

 

Koronavirus infeksiyasına yoluxduqları müəyyən edilmiş 1973, 1997 və 1998-ci il təvəllüdlü 3 Azərbaycan vətəndaşı xüsusi rejimli xəstəxanalarda müvafiq müalicə alaraq sağalıblar və evə buraxılıblar.

 

Nazirlər Kabinetinin yanında operativ qərargahdan AYNA-ya bildirilib ki, koronavirus infeksiyası aşkarlanmış digər şəxslərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir, onların səhhəti ciddi nəzarət altında saxlanılır.

Müəllif: Ayna.az