İxtisas seçimi üzrə boş qolan yerlərin sayı və seçim vaxtı açıqlandı

Cəmiyyət

10.08.2019 - 03:39

15-20 avqust aralığı aparılacaq

 

Ali təhsil müəssisələrinə ilkin mərhələ yerləşdirilmədən sonra boş qalan plan yerləri sayı məlum olub. AYNA xəbər verir ki, bu barədə təhsil üzrə ekspert Elçin Əfəndi məlumat verib.

 

Boş qalan plan yerləri ixtisas qrupları üzrə belədir:

I ixtisas qrupu üzrə 2459 yer;

II ixtisas qrupuu üzrə 2542 yer;

III ixtisas qrupu üzrə 142 yer;

IV ixtisas qrupu üzrə 354 yer ;

V ixtisas qrupu üzrə 288 yer ;

 

Qeyd edim ki, ikinci mərhələ-tur üzrə boş qalan yerlərə ixtisas seçimləri 15-20 avqust aralığı aparılacaq. Bundan əlavə abituriyentlər ali təhsil müəssisələri ilə yanaşı 11 illikdən kolleclərin ixtisasları üzrə müsabiqədə də iştirak edə bilərlər. Cari ilin məzunları əgər 11 illik kollecləri ərizə qəbulu zamanı qeyd etməyiblərsə, onlara seçim imkanı veriləcək. Əvvəlki illərin məzunları isə ərizə qəbulu zamanı qeyd edilən prosesi etməyiblərsə, onlara bu imkan verilməyəcək.

 

Картинки по запросу elçin əfəndi
Təhsil üzrə ekspert Elçin Əfəndi

Müəllif: Ayna.az