“Koroğlu”da koronavirus xəstəsi saxlanılıb

Cəmiyyət

19.10.2021 - 21:19

Həkimlər Klinikalar SEO Xidməti

Xəstənin müalicə təyin olunan ünvana yerləşdirilməsi təmin olunub

Bakı metrosunun “Koroğlu” stansiyasında aktiv koronavirus xəstəsi saxlanılıb. AYNA bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Onun sözlərinə görə, 1981-ci il təvəllüdlü Rövşən Abdulov saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsinin müalicə təyin olunan ünvana yerləşdirilməsi təmin olunub.

R.Abdulov barəsində cinayət qanunvericiliyinə uyğun olaraq, barəsində prosessual tədbirlər davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş