Komendant postunda saxlanılan avtomobillərdə silah aşkarlanıb

Xəbərlər

06.10.2020 - 16:05

cedabet dərman SEO Xidməti

Hər iki sürücü avtomobillə birgə Abşeron Rayon Polis İdarəsinə təhvil verilib

 

Abşeron rayonunda komendant postunda yoxlanış zamanı iki avtomobildə odlu silah aşkarlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, oktyabrın 4-də saat 21 radələrində Naftalan şəhər sakini Ə.Ruzicənginin idarə etdiyi “Mercedes” markalı avtomobil Abşeron rayonu ərazisində qurulmuş komendant postunda saxlanılıb.

 

Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı oradan tir tüfəngi və optik binokl aşkar edilərək götürülüb.

 

Bundan başqa, ötən gün paytaxt sakini E.Mirzəyevin idarə etdiyi “Mercedes” markalı avtomobil də Abşeron rayonu ərazisində qurulmuş komendant postunda saxlanılıb. Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı oradan “Ata-arms” markalı tüfəng aşkar edilərək götürülüb.

 

Hər iki sürücü araşdırma aparılması üçün avtomobillə birgə Abşeron Rayon Polis İdarəsinə təhvil verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş