Baş leytenant Hikmət Səfərov uzun müddət komada qalıb
Vətən Müharibəsində yaralanan əsgərlərindən biri şəhid olub. AYNA-nın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, Suqovuşan uğrunda gedən döyüşlərdə ağır yaralanan baş leytenant Hikmət Səfərov uzun müddət komada qalıb.
Dekabrın 8-də isə komadan ayılmayaraq, şəhadətə qovuşub. Hikmət əslən Ağdam rayonunun Yusifcanlı kəndindən olub.
Şəhidlik zirvəsinə yüksələn zabitimiz İkinci Fəxri Xiyabanda dəfn edilib.