“Huey II” helikopterinin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub
Kolumbiya Hərbi Hava Qüvvələrinin 8 üzvü “Huey II” helikopterinin qəzaya uğraması nəticəsində həlak olub. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə ölkə Prezidenti Qustavo Petro deyib.
“Mən Viçada humanitar missiyada olan Kolumbiya Hərbi Hava Qüvvələrinin səkkiz əməkdaşının ölümünü təəssüflə bildirirəm. Onların helikopteri qəzaya uğrayıb. Ölkə üçün bu kədərli məqamda ailələrə həmrəy olduğumu bildirirəm”, - Prezident “X” sosial şəbəkəsində yazıb.
Kolumbiya Hərbi Hava Qüvvələri qəza nəticəsində təyyarədə olan bütün personalın həlak olduğunu bildirib. Helikopter ekipajı tibbi evakuasiya missiyasını yerinə yetirirmiş. Hadisənin səbəbləri hələ müəyyən edilməyib.