Qustavo Petro sui-qəsd cəhdinin qarşısının alındığını açıqlayıb
Kolumbiya prezidenti Qustavo Petroya sui-qəsd cəhdi edilib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Prezidentin özü məlumat verib.
Bildirib ki, olduğu helikopter sui-qəsd cəhdi səbəbindən marşrutu dəyişdirməyə məcbur olub.
"Uşaqlarımı da daşıyan helikopterin vurulacağından qorxduğum üçün enməli olduğum yerə enmədim", - deyə qeyd edib.
Petro iddia edib ki, "ölümdən qaça bilib".
"Açıq dəniz üzərində dörd saat uçduq və planlaşdırmadığımız yerə endik", o deyib.