Kolumbiya daşqınlara görə fəlakət vəziyyəti elan edib

Dünya

11.11.2024 - 12:30

Həkimlər Klinikalar SEO Xidməti

Artıq 46 mindən çox ailə tüğyan edən fəlakətdən zərər çəkib

Kolumbiya Prezidenti Qustavo Petro daşqınlar səbəbindən ölkədə fəlakət vəziyyəti elan edib. AYNA xəbər verir ki, bu barədə onun administrasiyası “X” sosial şəbəkəsində məlumat yayıb.

Daşqınlara səbəb dekabrın sonuna qədər davam edəcək mövsümi leysan yağışlarıdır. Ən çətin vəziyyət Boqotada (Kolumbiyanın paytaxtı), eləcə də Quajira və Şoko departamentlərində yaranıb.

Artıq 46 mindən çox ailə tüğyan edən fəlakətdən zərər çəkib.

Müəllif: Ayna.az