Kolleclərə qəbul olunanların nəzərinə!

Xəbərlər

01.10.2025 - 20:22

Boş qalan yerlərə əlavə yerləşdirmə ilə qəbul olunanlar üçün qeydiyyat başlayır

Tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə əlavə yerləşdirmə nəticəsində qəbul olunanlar üçün qeydiyyat prosesinə 2 oktyabr saat 11:00-da start veriləcək. AYNA.AZ xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.

Namizədlər https://portal.edu.az/ üzərindən “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Elektron sistem üzrə qeydiyyat 9 oktyabr saat 18:00-da yekunlaşacaq.

Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş