Kobaxidze: “İlin sonuna kimi nominal ÜDM adambaşına 10 min dolları keçəcək”

Dünya

02.12.2025 - 21:10

“Ölkə iqtisadiyyatının bütün sahələrində düzgün inkişaf gedir”

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Nazirlər Kabinetinin iclasında Gürcüstanın cari və gözlənilən sürətli iqtisadi artımını açıqlayıb. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, Baş nazirin sözlərinə görə, 2025-ci ilin sonuna qədər Gürcüstan iqtisadiyyatı 100 milyard lari, adambaşına düşən nominal ÜDM isə 10 min dolları keçəcək.

Kobaxidze həmçinin bəyan edib ki, “ilin sonuna qədər BVF-nin 7,2% iqtisadi artım proqnozunu aşacağımız ehtimalı yüksəkdir”.

Baş nazir bəyan edib ki, ölkə “iqtisadiyyatının bütün sahələrində düzgün inkişaf gedir” və növbəti illərdə “korrupsiyanın kökünün kəsilməsi” yolu ilə sürətli inkişaf “qeyri-sağlam təcrübələrin aradan qaldırılması ilə asanlaşdırılacaq”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş