Kobaxidze: "Gürcüstanda 500 xarici agent var"

Dünya

11.10.2025 - 22:03

“Biz 1 milyon 100 mindən çox səs əldə etmişik"

“Gürcüstan cəmiyyətində 500 xarici agent fəaliyyət göstərir və onlar ölkəmizdə etiraz aksiyalarını dəstəkləməklə etiraz ab-havası saxlamağa çalışırlar. Gürcüstanda etiraz əhvalı yoxdur”. AYNA.AZ azərtac-a istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, əslində gürcü cəmiyyətində etiraz yoxdur və bunu “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının seçkilərdə səslərin 82 faizini əldə etməsi də təsdiqləyir.

“Biz 1 milyon 100 mindən çox səs əldə etmişik. Belə vəziyyətdə əlbəttə ki, bu cür süni etiraz cəhdlərinin heç bir perspektivi olmayacaq”, – deyə İ.Kobaxidze vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş