Gürcüstanın Baş naziri Vaxtanq Qomelaurini özünə müavin təyin edib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze daxili işlər naziri Vaxtanq Qomelaurini ölkənin Baş nazirinin müavini təyin edib. AYNA Gürcüstan mediasına istinadən bildirir ki, bu barədə hökumət administrasiyası məlumat yayıb.
Bu günə olan məlumata görə, Gürcüstan hökumətində Baş nazirin üç müavini var: birinci vitse-baş nazir – iqtisadiyyat naziri Levan Davitaşvili, baş nazirin müavinləri – Vaxtanq Qomelauri və müdafiə naziri İrakli Çikovani.
Qeyd edək ki, Böyük Britaniya və ABŞ Vaxtanq Qomelaurinə qarşı sanksiyalar tətbiq edib.