“Hazırkı vaxta qədər hər hansı bir qanun pozuntusu müşahidə olunmayıb”
“Seçki dairələri və seçki məntəqələri üzrə təhkim olunmuş müşahidəçilərimizlə mütəmadi əlaqələr saxlanılır. Səsvermənin gedişatı ilə bağlı bütün qeydlər sənədləşdirilir. İndiyə qədər aldığımız məlumatlara əsaslanıb deyə bilərik ki, seçki məntəqələri qanunvericiliyin tələbləri çərçivəsində fəaliyyətə başlayıb və proses davam edir”.
Bu barədə AYNA-ya “Sivil Toplum” Monitorinq Koalisiyasının həmtəsisçisi Qorxmaz İbrahimli məlumat verib.
O bildirib ki, seçki fəallığı olduqca yüksəkdir: “Müşahidəçilərin qeydlərinə əsaslanaraq seçicilərin aktiv şəkildə səsvermə prosesində iştirak etdiyini bildirmək istərdim. Xüsusilə, işğaldan azad edilmiş ərazilərdə yaradılan seçki məntəqlərində kütləvilik qeydə alınır. Hazırkı vaxta qədər hər hansı bir qanun pozuntusu müşahidə olunmayıb”.
Qeyd edək ki, bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir. Səsvermə prosesinə saat 8:00-da başlanılıb. Səsəvermə saat 19:00-dək davam edəcək.