“Kiyevin Rusiyanın BMT TŞ-dan çıxarılması ilə bağlı məsələ qaldırmağa haqqı var”

Dünya

19.09.2024 - 12:36

Həkimlər Klinikalar SEO Xidməti

ABŞ diplomatı Ukraynanın tələbinin haqlı olduğunu bəyan edib

“Ukrayna müntəzəm olaraq Rusiyanın BMT Təhlükəsizlik Şurasından çıxarılması məsələsini qaldırır. Ukrayna tərəfinin belə bir məsələ qaldırmağa hər cür əsası var”. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild deyib.

Bir gün əvvəl Finlandiya Prezidenti Aleksandr Stubb BMT Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsini, istənilən dövlətin veto hüququnun ləğvini və Moskva ilə Kiyev arasındakı münaqişəyə bənzər hərbi əməliyyatlarda iştirak edən ölkələrin istisna edilməsini nəzərdə tutan islahatlara çağırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş