Kiyevdə Trampın irəli sürəcəyi danışıqlar perspektivi müzakirə edilir

Dünya

14.11.2024 - 22:16

Həkimlər Klinikalar SEO Xidməti

“Ərazi məsələsi son dərəcə vacibdir, lakin bu, hələ də ikinci məsələdir”

Ukrayna ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın irəli sürəcəyi danışıqlar perspektivini müzakirə edir. AYNA xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti Ukrayna rəsmilərinə istinadən məlumat yayıb.

Qəzetin mənbələri bildiriblər ki, Ukrayna qoşunlarının şərqdəki mövqelərini təslim etməsi ilə əlaqədar potensial danışıqlarda Ukraynanın maraqlarının müdafiəsini müzakirə edir.

“Ərazi məsələsi son dərəcə vacibdir, lakin bu, hələ də ikinci məsələdir. Birinci məsələ təhlükəsizlik zəmanətləridir”, - deyə anonim yüksək vəzifəli ukraynalı məmur NYT-yə bildirib.

Nəşr iddia edir ki, atəşkəs üçün vacib məsələ Ukraynanın Kursk vilayətindəki əraziləri işğal etməsidir. Kiyev bu əraziyə danışıqlar zamanı potensial sövdələşmə vasitəsi kimi baxır, lakin Moskvada Ukrayna Silahlı Qüvvələrinin bölgədən çıxarılması danışıqların başlanması üçün ilkin şərt kimi qiymətləndirilir.

Ukraynanın keçmiş müdafiə naziri Andrey Zaqorodnının fikrincə, Rusiya irəliləyərkən Ukrayna üçün faydalı nizamlanmanı təmin etmək son dərəcə çətin olacaq. Onun fikrincə, Rusiya Federasiyası çətin ki, ordusunun artıq işğal etdiyi ərazilərdən çıxışı ilə razılaşsın.

Müəllif: Ayna.az