Kiyev yaxınlığındakı “Bayraktar” zavodu vurulub

Dünya

28.08.2025 - 18:35

Milyonlarla investisiyaya ciddi ziyan dəyib

Ukraynanın paytaxtı Kiyev yaxınlığında yerləşən “Bayraktar” zavodu raket atəşinə tutulub.

AYNA.AZ xəbər verir ki, bu barədə “Türkiye Gazetesi” məlumat yayıb.

Qeyd edilib ki, zavod iki dəfə zərbə alıb, nəticədə milyonlarla investisiyaya ciddi ziyan dəyib.

Bu zavod istismara verilməyə hazırlıq mərhələsindədir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş