Şimali Koreya lideri Qələbənin 80-ci ildönümünü qeyd etmək üçün Çinə səfər edəcək
Şimali Koreya lideri Kim Çen In Çin xalqının yapon işğalçılarına qarşı Müqavimət müharibəsində Qələbənin 80 illiyi və İkinci Dünya müharibəsinin başa çatması münasibətilə keçiriləcək tədbirlərdə iştirak etmək üçün “yaxın vaxtlarda” Çin Xalq Respublikasına səfər edəcək.
AYNA.AZ TASS-a istinadənm xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
Vurğulanıb ki, Şimali Koreya lideri “Çin xalqının Yapon işğalçılarına qarşı Müqavimət müharibəsində və Dünya Antifaşist müharibəsində qələbəyə” həsr olunmuş tədbirlərdə iştirak edəcək.