Kemeron: “Britaniya ABŞ-ı Kiyevə yardımı davam etdirməyə inandıracaq”

Xəbərlər

04.12.2023 - 11:15

"Mən onları əmin etmək istəyirəm ki, biz kursumuzu davam etdirəcəyik”

Böyük Britaniyanın xarici işlər naziri Devid Kameron gələn həftə Vaşinqtona səfəri zamanı ABŞ-ı Ukraynaya maliyyə və hərbi dəstəyin davam etdirilməsinin zəruriliyinə inandırmaq niyyətindədir. AYNA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Nazir qeyd edib ki, hazırda Amerikanın siyasi dairələrində Kiyevə yardımla bağlı mübahisələr var.

Eyni zamanda, Kameron Avropa təhlükəsizliyinin Amerikanın təhlükəsizliyi olması lehinə olan arqumentlərin qalib gələcəyinə əminliyini ifadə edib: "Mən onları əmin etmək istəyirəm ki, biz kursumuzu davam etdirəcəyik və digər müttəfiqləri də səfərbər edəcəyik".

Britaniya nazirliyi rəhbərinin sözlərinə görə, NATO-ya üzv ölkələrin iqtisadi potensialı onlara Ukraynaya dəstək verməyə imkan verir, lakin tam istifadə olunmur.

Bundan əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Ukraynaya dəstək üçün əlavə vəsaitin ayrılması üçün ABŞ Konqresinin təsdiqinin çıxılmaz zərurətindən danışıb.

Müəllif: Ayna.az