Partlayıcı sursatlar təhlükəsizlik tədbirlər görülərək ərazidən götürülüb
Kəlbəcərdə əl qumbaraları və sursat aşkarlanıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Kəlbəcər rayonu Qozlukörpü kəndi ərazisindən doqquz ədəd “F-1” əl qumbarası və partlayıcı başlıqlar aşkar olunub. Bundan başqa rayonun Çələkdar kəndi ərazisində 16 ədəd “F-1” əl qumbarası, iki ədəd partlayıcı başlığı, iki ədəd “M-75” əl qumbarası, dörd ədəd avtomat darağı və çox sayda patron aşkar olunub.
Partlayıcı sursatlar təhlükəsizlik tədbirlər görülərək ərazidən götürülüb.