Kəlbəcərdə avtomobil aşıb, xəsarət alan var

Hadisə

13.12.2023 - 00:27

Həkimlər Klinikalar SEO Xidməti

Yaralı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib

Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunda maşın aşıb, xəsarət alan var.

AYNA "Report"a istinadən məlumatına görə, avtomobil yolunun "Ömər aşırımı" adlanan ərazidən keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı, Gədəbəy rayon sakini, 1964-cü il təvəllüdlü Ərrahman Əsgərov xəsarət alıb.

O, Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş