Kəlbəcərdə kişi meyiti tapılıb

Xəbərlər

27.02.2026 - 21:44

Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib

Kəlbəcərdə meyit tapılıb. AYNA.AZ-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun mərkəzində qeydə alınıb.

Kəlbəcərin Qılınclı kənd sakini 1968-ci il təvəllüdlü M.Zeynalovun meyiti işlədiyi müəssisədə aşkarlanıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

Onun ürək tutmasından öldüyü bildirilir. Məlumata görə, M.Zeynalov Kəlbəcərdə Su idarəsində işləyirmiş.

Faktla bağlı Kəlbəcər Rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş