Keir Starmer Ukraynaya səfər edib

Dünya

16.01.2025 - 12:06

Baş nazirlə Zelenskinin bir çox məsələləri müzakirə edəcəyi gözlənilir

Böyük Britaniyanın Baş naziri Keir Starmer bu gün Ukraynaya səfər edib. AYNA “The Guardian”a istinadən xəbər verir ki, Baş nazir Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.

Starmer və Zelenskinin Londonun Kiyevə təklif edə biləcəyi təhlükəsizlik təminatlarını, o cümlədən Britaniya qoşunlarının müharibədən sonrakı sülhməramlı qüvvələr kimi iştirak imkanını müzakirə edəcəyi gözlənilir.

Starmerin Kiyevə səfəri ötən həftə Fransa Prezidenti Emmanuel Makronla Ukraynanı, o cümlədən sülhməramlıların göndərilməsini müzakirə etdikdən sonra baş verib.

“Putinin Ukraynanı ən yaxın tərəfdaşlarından qoparmaq ambisiyaları böyük strateji məğlubiyyətə uğradı. Əksinə, biz əvvəlkindən daha yaxınıq və bu tərəfdaşlıq dostluğumuzu yeni səviyyəyə qaldıracaq”, – Starmer dünən deyib.

“The Guardian” yazır ki, səfərdən sonra Ukrayna və Britaniya ABŞ-ın Donald Tramp dövründə dəstəyini geri çəkməyə başlaya biləcəyi ilə bağlı narahatlıqlar fonunda mövcud hərbi əlaqələri dərinləşdirmək üçün tərəfdaşlıq sazişi imzalamağı planlaşdırır.

Nəşrin məlumatına görə, Starmer iqtisadiyyatın bərpası üçün Ukraynaya 40 milyon funt sterlinq ayrıldığını elan etmək niyyətindədir.

Böyük Britaniya artıq Ukraynaya təqribən 13 milyard funt-sterlinq dəstək verib ki, bunun da 7,8 milyard funt-sterlinqi hərbi yardıma və Ukraynanın enerji infrastrukturunun bərpasına yönəlib.

Noyabr ayında Braziliyada keçirilən G20 sammiti zamanı Starmer hökumətinin Ukraynaya yardımı artırmaq niyyətində olduğunu açıqlanmışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş