Keçmiş baş komandan: “Rutte NAT-nun çətinliklərinin öhdəsindən gələcək”

Dünya

05.07.2024 - 14:56

Həkimlər Klinikalar SEO Xidməti

“Siyasətçi özünü Şimali Atlantika Alyansına üzvlüyə sadiq olan məsuliyyətli lider kimi təsdiqləyib”

“Payızda NATO-nun baş katibi vəzifəsini icra edəcək Hollandiyanın keçmiş baş naziri Mark Rutte hərbi blokun üzləşdiyi problemlərin öhdəsindən gəlməyə qadirdir”. AYNA “Bloomberg”ə istinadən xəbər verir ki, bunu ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan admiralı və NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin keçmiş baş komandanı Ceyms Stavridis deyib.

“Rutte iddiasız siyasətçidir. O, yüksək mütəşəkkildir, məlumat yönümlüdür, seçiciləri tərəfindən sevilir və həmişə hadisələrə nəzarət etmək istəyir. Bütün bunlar onun NATO-nun üzləşdiyi ən mühüm çağırışların öhdəsindən gəlmək bacarığının yaxşı əlamətləridir”, - Stavridis bildirib.

Stavridis onu da xatırladıb ki, Rutteni 2010-cu ildən tanıyır. Onun sözlərinə görə, siyasətçi özünü Şimali Atlantika Alyansına üzvlüyə sadiq olan məsuliyyətli lider kimi təsdiqləyib.

Alyansın hazırkı baş katibi Yens Stoltenberqin səlahiyyətləri 2024-cü il oktyabrın 1-də başa çatır. Ruttenin oktyabrın 2-də sələfini əvəzləyərək vəzifəsinin icrasına başlayacağı gözlənilir. “Politico” qəzetinin qeyd etdiyi kimi, Alyansın bütün 32 ölkəsi təyinatla razılaşıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş