Girişi qadağan olunan 16 nəfərin ölkəyə daxil olmasının qarşısı alınıb
Ötən ay cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 277 nəfər sərhəddə saxlanılaraq aidiyyəti qurumlara təhvil verilib. AYNA xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Qeyd olunub ki, ölkədən çıxışı qadağan olunan 395 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olunan 16 nəfərin ölkəyə daxil olmasının qarşısı alınıb.