Karantini pozan trenajor zalı aşkarlanıb

Xəbərlər

05.07.2020 - 16:18

cedabet dərman SEO Xidməti

14 nəfər barəsində protokollar tərtib edilərək cərimə olunublar

 

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayon ərazisində qanunsuz şəkildə fəaliyyət göstərən trenajor zalı aşkar olunub. Bu barədə AYNA-ya DİN Mətbuat Xidmətinin Bərdə Regional qrupundan məlumat verilib.

 

Xəbərdə bildirilir ki, Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində yerləşən trenajor zalının xüsusi karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən olunub.

 

Məkana baxış zamanı 14 nəfərin qayda pozuntusuna yol verdiyi aşkar edilib və həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək cərimə olunublar. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş