Karantini pozan altı nəfər həbs edilib

Xəbərlər

22.07.2020 - 18:39

138 rayon sakini cərimələnib

 

Goranboy rayonunda xüsusi karantin rejimi ilə bağlı tədbirlər davam etdirilir. Daxili İşlərm Nazirliyinin (DİN)  Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan AyNA-ya verilən məlumata görə,  xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət etmək məqsədilə Goranboy rayon Polis Şöbəsinin əməkdaşları Daxili Qoşunların şəxsi heyəti ilə birlikdə gücləndirilmiş iş rejimində xidmət aparır.

 

Bundan başqa, rayon ərazisində mütəmadi olaraq aparılan reydlər zamanı iyul ayının 4-dən tətbiq edilən sərt karantin rejiminin tələblərini pozan şəxslər aşkarlanaraq, onlar barəsində müvafiq qanunlara uyğun olaraq tədbirlər görülüb. Belə ki, araşdırmalar nəticəsində 138 sakin İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə edilib. Əlavə olaraq, altı şəxs barəsində rayon məhkəməsinin qərarı ilə inzibati həbs seçilib.

Müəllif: Ayna.az