Hipodinamiyanın fəsadlarından qorunmaq üçün evdə müxtəlif gimnastika hərəkətləri düşünmək olar
Karantin bitsinmi? Bitsin! Amma əvvəlcə epidemiya bitməlidir. Epidemiyanın bitməsi üçün qadağalara əməl etməliyik ki, sağalanların sayı yoluxma sayından çox olsun. Belə bir qapalı dairə alınır.
Karantində ən çox əziyyət çəkən həm də uşaqlardır – hipodinamiyadan (hərəkətsizlik). Əksər bəlaların səbəbi budur. Həm də piylənmə yaradır. Piylənmə bütün orqan və sistemlərin fəaliyyətını pozur.
Gündəlik menyuya xüsusi diqqət yetirmək lazımdır. Yağlı yeməklər, xəmir yeməkləri, un məmulatları, şirniyyat menyuda olmamalıdır. Tərəvəzlər və yağı az olan yeməklər üstünlük təşkil etməlidir. Şirin meyvələrdən istifadə olunmasa, yaxşıdır. Uşaqlar az porsiyalarla tez-tez qidalanmalıdır.
Hipodinamiyanın fəsadlarından qorunmaq üçün evdə müxtəlif gimnastika hərəkətləri düşünmək olar. Peşəkarlıq vacib deyil, əsas odur ki, əzələlər uzun müddət durğun vəziyyətdə qalmasın! Sonra uşağın özündə vərdiş yaranacaq. Maraqlı olacaq bu hərəkətlər.
Hipodinamiya həm də davranışda pozğunluq yaradır. Müxtəlif oyunlar (yaşa uyğun) düşünmək olar ki, uşaq daim planşetə köklənməsin. Dərslərə görə də uşağın üzərinə çox getməyin. Adət etməyiblər distant təhsilə. Psixikalarını pozsaq, yuxarıda yazdıqlarımız alınmayacaq.
Hələlik bu qədər! Uşaqları qoruyaq!!!
Həkim-pediatr Vaqif Qarayev