Karantin rejimini pozan 2 055 nəfər cərimələnib

Cəmiyyət

19.04.2020 - 20:41

Həkimlər Klinikalar SEO Xidməti

Koronavirusun yayılmasının qarşısını almaq məqsədilə tədbirlər davam etdirilir

 

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar aprelin 18-i saat 00:00-dan aprelin 19-u saat 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.

 

İdarədən AYNA-ya verilən məlumata görə, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə sutka ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 2 055 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

 

Ümumilikdə, aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 29 642 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş