Karantin qaydalarını pozan üç obyekt aşkarlanıb

Xəbərlər

15.02.2021 - 10:41

Altı şəxs barəsində protokol tərtib edilib və onlar cərimə olunublar

 

Lənkəranda karantin qaydalarını pozan iaşə obyektləri aşkarlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AYNA-ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər zamanı şəhər ərazisində karantin rejimi qaydalarının pozulduğu çay və kofe xidmətləri göstərilən “Coffee shop” iaşə obyekti və iki oyun salonu aşkar edilib.

 

Həmin obyektlərlə bağlı altı şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib və onlar cərimə olunublar.

 

 

Müəllif: Ayna.az