Karantin qaydalarını pozan çayxana aşkarlanıb

Xəbərlər

12.05.2021 - 13:18

Obyektin icarədarı və səkkiz müştəri cərimələnib

 

Saatlıda karantin qaydalarını pozaraq gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlanıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan AYNA-ya verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman sanitar-epidemioloji normaları pozaraq gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlayıblar.

 

Şöbə əməkdaşları tərəfindən çayxananın fəaliyyəti dərhal dayandırılıb, obyektin icarədarı A.Zeynalov və orada olan səkkiz müştəri barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər gorülüb.

Müəllif: Ayna.az