Kanalda batan yeniyetmənin cəsədi çıxarılıb

Hadisə

22.08.2021 - 20:32

Meyit aidiyyəti üzrə təhvil verilib

 

Avqustun 22-da Lənkəran şəhərinin Nərimanabad qəsəbəsində su kanalında batan yeniyetmənin axtarışları başa çatıb.

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, FHN-in 112 - qaynar telefon xəttinə 2005-ci il təvəllüdlü Qasımov Rəşad Vüsal oğlunun su kanalında batması barədə məlumat verilib.

 

Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu batan şəxsin axtarışlarına cəlb olunub. R.Qasımovun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ayna.az