Atışmada şübhəli bilinən şəxsin cəsədi məktəbdə aşkarlanıb
Kanadanın Tumbler Riç şəhərində məktəbdə baş verən atışmada on nəfər ölüb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, polisin məlumatına görə, Tumbler Riç Liseyində altı nəfər ölü tapılıb. Daha bir nəfər xəstəxanaya aparılarkən yolda ölüb.
Daha iki nəfər yaxınlıqdakı evdə ölü tapılıb. Polis həmin şəxslərin də məktəbdəki hadisə ilə əlaqəli öldüyünü hesab edir.
Atışmada şübhəli bilinən şəxsin cəsədi məktəbdə aşkarlanıb. Onun intihar etdiyi ehtimal edilir.
Ən azı 25 nəfərin də yaralandığı bildirilir. Yaralılardan ikisinin ağır xəsarət aldığı və xəstəxanaya yerləşdirildiyi bildirilir.
Məktəbdəki qalan şagirdlər və müəllimlər təxliyə edilib.