Kanadada atışma olu, yaralılar var

Dünya

12.11.2022 - 07:51

Həkimlər Klinikalar SEO Xidməti

Kanadanın Kvebek əyalətində kollec yaxınlığında baş verən atışma nəticəsində azı 4 nəfər yaralanıb.

AYNA xəbər verir ki, bu barədə cümə günü CBC radiostansiyası məlumat yayıb.

"Azı dörd nəfər yaralanıb, atəş səsləri eşidilib və “Montmorency” kollecinin binası polis tərəfindən bağlanıb", - məlumatda deyilir.

Qeyd olunur ki, polis parka yerli vaxtla saat 17:22 radələrində (Bakı vaxtı ilə 2:22) çağırılıb. Müstəntiqlər bir və ya bir neçə şübhəlini axtarır.

Eyni zamanda, polisin məlumatına görə, hadisə zamanı yalnız bir nəfər xəsarət alıb, onun həyatı üçün təhlükə yoxdur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş