"Bu gün biz Ukraynaya 2,5 milyard dollarlıq əlavə iqtisadi yardım ayıracağımızı elan edirik”
Kanada Ukraynaya 2,5 milyard dollarlıq iqtisadi yardım ayıracağını açıqlayıb. AYNA.AZ "European Pravda"ya istinadən xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Mark Karni deyib.
"Bu gün biz Ukraynaya 2,5 milyard dollarlıq əlavə iqtisadi yardım ayıracağımızı elan edirik ki, bu da bərpa prosesinə başlamaq üçün BVF, Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankından maliyyələşdirmənin təmin edilməsinə kömək edəcək", - deyə Karni bildirib.