Kamboca Taylandı səhvən atəşə tutub

Dünya

06.01.2026 - 17:46

Kamboca tərəfi Tayland ərazisinə atəş açmaq niyyətində olmadıqlarını bildirib

Kamboca silahlı qüvvələri Tayland ərazisinə atəş açdıqdan dərhal sonra Tayland tərəfi ilə əlaqə saxlayıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Tayland Kral Ordusunun məlumatında qeyd olunub.

"Aparılan araşdırma nəticəsində məlum olub ki, bu, Kambocadan atılan minaatan mərmisidir və nəticədə bir Tayland əsgəri yüngül qəlpə yaraları alıb. Daha sonra Kamboca tərəfi ərazidəki bölmələrlə əlaqə saxlayaraq Tayland ərazisinə atəş açmaq niyyətində olmadıqlarını bildirib. Onlar hadisənin səhv olduğunu bildiriblər", - deyə məlumatda vurğulanıb.

Qeyd olunub ki, Kambocaya ehtiyatlı olmağın vacibliyi və oxşar hadisələrin təkrarlanması halında Banqkokun özünümüdafiə üçün cavab tədbirlərindən istifadə etmə ehtimalı barədə xəbərdarlıq edilib.

Qeyd edək ki, Tayland Silahlı Qüvvələri 6 yanvar səhəri Ubon Ratçatani əyalətində Tayland qoşunlarının mövqelərinə hücumlardan sonra Kamboca qoşunlarını atəşkəsi pozmaqda günahlandırmışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş