Aİ rəsmisi Rusiya və İranla əməkdaşlıq edən ölkələri maliyyə itkisi ilə hədələyib
Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Rusiya və İranla əməkdaşlıq edən ölkələri maliyyə itkisi ilə hədələyib. AYNA.AZ xəbər verir ki, bu barədə “Euractiv” məlumat yayıb.
Kallas vurğulayıb ki, Moskva və ya Tehranı dəstəkləyən Aİ tərəfdaşları Brüsselin onlarla "əlaqələrini yenidən qura bilməsi" üçün "çeviklik göstərməlidirlər". O dəqiq nəyi nəzərdə tutduğunu dəqiqləşdirməyib.